Arxiv
AMEA Botanika İnstitutunun alimləri Göygöl ərazisində mikoloji tədqiqatlar aparıblar
18.06.2021

AMEA Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri b.e.d. Dilzarə Ağayeva və əməkdaşları – böyük elmi işçi, b.ü.f.d Lamiyə Abasova, kiçik elmi işçilər Elgün Mustafabəyli, Aytac Əliməmmədova və böyük laborantlar Elnarə İsgəndərli, Yaqut Yusifova tərəfindən Göygöl rayonuna təşkil olunmuş ekspedisiyda iştirak ediblər. Səfərin məqsədi Göygöl və ətraf ərazilərin göbələk müxtəlifliyini tədqiq etmək, patogen növlərin mövcudluğunu, yayılma arealını müəyyənləşdirmək və Qırmızı Kitabın III nəşri üçün nəzərdə tutulan nadir makromiset növlərini axtramaq olub. Ekspedisiya zamanı Göygöl Dövlət Təbiət Qoruğu və ətraf kəndlərdə müşahidələr aparılaraqla makro və mikromiset göbələk nümunələri toplanılıb. Göygöl və Maaral göl ətrafında ksilotrof göbələklərdən Laetiporus sulphureus, Phomes phomentarius kimi növlərin geniş yayıldığı müəyyənləşdirilib ki, onların içərisində tibbi əhəmiyyətli növlər də vardır. Tədqiq olunan ərazidən tapılmış Ganoderma lucidum isə nadir növdür. Bütövlükdə eskspedisiya zamanı 70-dən artıq göbələk nümunəsi yığılıb və herbariləşdirilib. Ekskursiyaların nəticəsi olaraq bölgənin mikobiotası barədə ilkin təsəvvürlər formalaşıb.