Arxiv
Zooloq alimlər Şamaxı və İsmayıllıda çöl tədqiqatları aparıblar
23.06.2021

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva, elmi işçisi, doktorant Leyla Həsənova və qiyabi doktorantı İlahə Kərimova Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar.

Ekspedisiya müddətində Şamaxı rayonunun ətrafında yerləşən taxıl əraziləri, həmçinin İsmayıllı rayonunun Qara-Qaya, Talıstan, Çəmənli kəndlərinin ərazilərindəki çəmənliklər, meşə ətrafı sahələr, talalar müəyyən edilərək terioloji materiallar toplanıb.

Alimlər mövzularına uyğun olaraq meşə siçanı və çöl siçanı növlərinə aid material toplayaraq tədqiq etmək üçün laboratoriyaya gətiriblər.