Bu gün bəzi KİV-lərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya istefa ərizəsi yazması və yerinə də guya AMEA-nın akademik-katibi, akademik Arif Həşimovun təyin ediləcəyi barədə yalan məlumatlar yayılıb. İctimaiyyətin diqqətinə çatdırırıq ki, belə xəbərlərin heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iş başındadır və ölkə Prezidenti cənab İlham Əliyevin elm sahəsi üzrə tapşırıqlarının icrası ilə məşğuldur.
Bir daha həmkarlarımıza yoxlanılmamış, dedi-qodu xarakterli məlumatları tirajlamamağı, jurnalist etikasının qaydalarına ciddi riayət etməyi tövsiyə edirik.