Arxiv
“Gəncə-Qazax bölgəsinin nadir bitkiləri” kitabı çap olunub
06.07.2021

AMEA Bitanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, b.e.d., professor Səyyarə İbadullayeva və Azərbaycan Dövlət Aqrar Universitetinin Meşəçilik kafedrasının müəllimi, b.ü.f.d. Təranə Sabir qızı Babakişiyevanın həmmüəllifi olduğu  “Gəncə-Qazax bölgəsinin nadir bitkiləri” kitabı işıq üzü görüb. Kitabda  Gəncə-Qazax ərazisinin nadir və nəslikəsilmək üzrə olan növləri barədə ətraflı məlumat verilib.

Kitab bakalavr və magistratura səviyəsinin aqranomluq, ekologiya, meşəçilik, biologiya ixtisasları və tədqiqatçılar üçün əhəmiyyətlidir.