Azərbaycanda elm və təhsilin vəhdəti sahəsində son illərdəki uğurlu fəaliyyət özünü məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında uğur qazanmasında da göstərir.
Beynəlxalq Biologiya Olimpiadasının Azərbaycan üzrə əlaqələndiricisi, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, dosent Rəşad Səlimov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti cari ildə təşkil olunan 32-ci Beynəlxalq Biologiya Olimpiadasında iştirakı barədə məlumat verib. O, bildirib ki, millikomandamızın bilik yarışına nəzəri və praktik hazırlığında Botanika İnstitutu da töhfə verib.
Qeyd edək ki, 18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə təşkil edilən və 76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Rəşad Səlimovun rəhbərliyi, alim və mütəxəssislərin elmi dəstəyi ilə məktəblilərimiz uğurlu nəticə göstərib.
Beləki, Azərbaycan məktəbliləri Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən 4 məktəblimiz 2qızıl və 2 bürünc medala layiq görülüb.