AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Eyni zamanda alim akademiyanın “Taclı ulduz ordeni” ilə mükafatlandırılıb.
Üzvlük və ordenlə bağlı diplomlar S.İbadullayevaya təqdim edilib.
Qeyd edək ki, S.İbadullayeva Azərbaycan flora və bitkiliyində formasiya və assosiasiyaların tərkibinin öyrənilməsi, genezisi və formalaşması yollarının araşdırılması, itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası istiqamətində populyasiyaların senoloji və beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndirilməsi ilə məşğuldur.