AMEA Botanika İnstitutunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər aparılır.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” imzaladığı 11 mart 2020-ci il tarixli 104 saylı Sərəncamına uyğun olaraq koronovirus inffeksiyasının yayılmasının qarşısının alınması üçün cari ilin 13 sentiyabr tarixində Botanika İnstitutunun laboratoriya otaqları, konfrans zalı, muzey, kitabxana və dəhlizlərində "Viktoriya" MMC tərəfindən dezinfeksiya işləri həyata keçirilib. Həmçinin, elmi müəssisənin bütün şöbə və laboratoriyaları tibbi profilaktik ləvazimatlarla təmin olunub, əməkdaşların sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etmələri, peyvən olunmaları, hər hansı xəstəlik simptomlarına rast gəldikdə dərhal həkimə müraciət etmələri üçün mütəmadi marifləndirilmə aparılır.