Arxiv
“Elm” qəzetinin yeni sayı nəşr olunub
20.09.2021

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 31-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində “Ə.Səncərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” ölkə başçısının Sərəncamı və Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü və Azərbaycan-Türkiyə qardaşlığına dair xülasə yer alıb.

Nəşrin növbəti səhifələrində “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr olunmuş nömrəsinin və “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatları, Ədəbiyyat İnstitutunun və Şəki Regional Elmi Mərkəzinin Elmi şuralarının iclasları, akademik İradə Hüseynovanın AQTA-nın rəhbər şəxsləri ilə görüşü, “COVID-19 pandemiyası dövründə qeyri-maddi mədəni irs” mövzusunda keçirilən dəyirmi masa, Naxçıvan Bölməsində aparılan arxeoloji tədqiqatlara dair yığıncaq, “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” beynəlxalq simpoziumun iştirakçılarının ulu öndərin məzarını, Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və AMEA-nın Rəyasət Heyətini ziyarət etməsi, AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsibov və Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə müsahibələr, “1918-ci ildə Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsidir” sərlövhəli məqalələr, elmi yeniliklər, nəşrlər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.