Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 1 sentyabr 2021-ci il tarixli “Qəbul imtahanlarının keçirilməsi haqqında” sərəncamına əsasən, AMEA-da fəlsəfə və ixtisas fənni üzrə qəbul imtahanları təşkil edilib.
10 sentyabr 2021-ci il tarixində keçirilən fəlsəfə imtahanında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş xarici dil imtahanında müvəffəqiyyət qazanmış iddiaçılar iştirak ediblər. Fəlsəfə fənni üzrə imtahan verən və uğurlu nəticə əldə edən 62 nəfər iddiaçı ixtisas fənləri üzrə imtahanlara qatılıb.
AMEA-nın müvafiq elmi müəssisələrində təşkil edilmiş İmtahan Komissiyasının üzvlərinin və AMEA Rəyasəti Heyəti aparatının Təhsil şöbəsinin nümayəndələrinin müşahidəçi qismində iştirakı ilə keçirilmiş ixtisas imtahanları 23 sentyabr 2021-ci il tarixində uğurla başa çatıb.
Şəffaf və mövcud qaydalara uyğun təşkil olunmuş ixtisas imtahanlarında doktorantların əksəriyyəti yüksək nəticələr əldə ediblər.