Arxiv
“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı çap olunub
01.10.2021

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 33-cü nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA prezidenti, akademik Ramiz Mehdiyevin 27 sentyabr – Anım Günü ilə bağlı Akademiya kollektivinə müraciəti, AMEA nümayəndələrinin Minskdə beynəlxalq elmi-praktik konfransda və Beynəlxalq Elmlər Akademiyalarının Assosiasiyasının 34-cü sessiyasında iştirakı, “Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa Bəyannaməsinə” mövzusunda konfrans, “İdarəetmə şərtləri: əqli mülkiyyətin kommersiyalaşdırılması imkanları” mövzusunda seminar”, TƏBİB və AMEA nümayəndələrinin birgə təşkilatçılığı ilə keçirilən görüş, Təbiət Tarixi Muzeyinin baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovla müsahibə və s. məlumatlar əksini tapıb.

Bundan əlavə, “Unutmamalıyıq, unutdurmamalıyıq”, “Azərbaycan aqroiqlimşünaslığının görkəmli nümayəndəsi”, “Elmi-texnoloji nailiyyətlərin müəllifi”, “Vətən müharibəsi uşaqların gözü ilə” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və s. informasiyalar oxuculara təqdim olunur.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.