Arxiv
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib
07.10.2021

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Tədbirdə 2021-ci tədris ilində institutun fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktorantura və dissertanturasına, eləcə də magistraturasına qəbul olmuş magistrantların dissertasiya mövzularının müəyyən edilməsi və elmi rəhbərlərinin təyin olunması məsələsinə baxılıb. Bundan əlavə, Molekulyar biotexnologiya laboratoriyasının böyük elmi işçisi Aytən Ağayevanın “Yüksək virulent və dərman preparatlarının təsirinə davamlı xəstəlik törədicilərinə qarşı yeni antibiotikin işlənilib hazırlanması” mövzusunda dissertasiya işinin tamamlanması məqsədilə yaradıcılıq məzuniyyətinə göndərilməsi, o cümlədən müəssisənin “Elmi əsərləri” məcmuəsinin növbəti nömrəsinə məqalələrin təqdim olunması və digər məsələlər müzakirə edilib