Arxiv
Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi Şahniyar Bayramov elmi ezamiyyətdə olub
28.10.2021

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi Şahniyar Bayramov 18.10.2021-20.10.2021 tarixlərində RoxyCOST proqramının birinci illik konfransında iştirak edib.  COVID-19 pandemiyası ilə əlaqədar konfrans hibrid formada həyata kecirilib. Yunanıstanın Krit adasının Haniya şəhərində yerləşən Aralıq dənizi Aqronomiya Tədqiqatları İnstitutunda keçirilən konfransda iştirakçı institutların alimləri yığımdan sonra saxlanılan, yetişən və yetişməkdə olan tamat və alma meyvələrinin hipoksiya şəraitində inkişaf dinamikasını aydınlaşdırmaq üçün müasir fizioloji, genomiks və metabolomiks  səviyyəsində aparılan tədqiqatların nəticələrini təqdim ediblər. Şahniyar Bayramov konfrans zamanı edilən çıxışlar ətrafında və həmçinin işçi qruplarında aparılan müzakirələrdə aktiv iştirak edib. O, gələcək tədqiqatların planlaşdırılması və yeni elmi əməkdaşlığın yaradılması üçün bir sira alimlərlə fikir mübadiləsi aparıb.