Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyasının növbəti iclası keçirilib.
İclası Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Daha sonra iclasda Zooloji seksiyaya təqdim edilmiş 3 elmlər və 7 fəlsəfə doktorluğu üzrə dissertasiya mövzuları müzakirə olunub.
Müzakirələrdə Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, b.e.d., professor Ş.İbrahimov, biologiya elmləri doktorları - Q.Quliyev, G.Mustafayeva, Q.Fətəliyev, C.Nəcəfov və başqaları iştirak ediblər.
Geniş müzakirələrdən sonra 1 mövzunun əvvəlki adı saxlanılmaqla, 7 mövzunun adında qismən dəyişiklik edilib, 1 mövzunun adı isə Zooloji seksiyaya uyğun olmadığı üçün müzakirə olunmayıb. Eyni zamanda fəlsəfə doktoru hazırlığı üzrə 1 mövzunun adı mübahisə doğurduğu üçün yenidən işlənməsi tövsiyə edilib.