Arxiv
AMEA-nın müxbir üzvü beynəlxalq konfransda çıxış edib
12.11.2021

AMEA-nın Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Kənd Təsərrüfatı və Həyat Elmləri üzrə Beynəlxalq Konfransda (ICVALS) “Böyük Qafqazın Şimal-Şərq hissəsinin (Azərbaycan) mədəni dendroflorasının ekoloji təhlili”mövzusunda məruzə edib.

Konfransın məqsədi müxtəlif ölkələrdən olan alimlərin, tələbələrin və idarəçilərin bir araya gələrək biologiya, texnologiya, mühəndislik və elmin bütün sahələrində əldə edilən nəzəri və praktiki məsələlərin müzakirə edilməsi olub.