Arxiv
“Elm” qəzetinin yeni sayı çap olunub
12.11.2021

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 39-cu nömrəsi işıq üzü görüb.

“Qarabağ Azərbaycandır!” şüarı ilə nəşr olunan qəzetin ilk səhifəsində Ali Baş Komandan İlham Əliyevin Şuşada hərbçilərimiz qarşısında çıxışı və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi, Zəfər Gününə həsr edilən tədbirlər, “Cavidşünaslıq” çoxcildliyinin təqdimatı, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev və AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovla müsahibələr, məqalələr, nəşrlər, elmi yeniliklər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.