BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertlər komandası AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.
“Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı” çərçivəsində BMT-nin eksperti Elisabeth Clement Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və institutun müvafiq laboratoriyalarının müdirləri ilə görüşüb. Görüş zamanı kənd təsərrüfatı və ətraf mühit, ətraf mühitin təhlükəsizliyi və eroziya problemləri məsələləri geniş müzakirə edilib. Elisabeth Clement mövcud problemlərinin həlli ilə əlaqədar olaraq institutun layihələrdə iştirakını vacib hesab etdiyini qeyd edib. Eyni zamanda ekspert mövcud problemlərin BMT-nin FAO təşkilatının hesabatlarında yer alacağını qeyd edib.