Arxiv
İnstitutun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri b.ü.f.d. Rəşad Səlimov AzTV-nin "Çıxışa doğru" proqramında iştirak edib
30.11.2021

AzTV-nin "Çıxışa doğru" proqramında məktəblərdə bu ildən pilot olaraq tətbiqinə başlanılan "Təbiət" dərsliyinin müzakirəsi təşkil edilib. Müzakirədə dərslik komplektinin həmmüəliflərindən olan AMEA Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri b.ü.f.d., dosent Rəşad Səlimov da iştirak edib.
Nəzərinizə çatdıraq ki, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə "Təbiət-5” dərslik komplekti hazırlanaraq ölkə üzrə 132 məktəbdə pilot sınağa təhvil verilib. Yeni dərslik V siniflərdə tədris olunacaq.