AMEA Botanika İnstitutunda koronavirusla mübarizə tədbirləri çərçivəsində sanitar-dezinfeksiya işləri həyata keçirilib.
Əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə binanın bütün otaqları, konfrans zalı və dəhlizləri dezinfeksiya olunub. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq işçilər müəssisəyə tibbi maska ilə buraxılır, bədən hərarətləri ölçülür, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.