Arxiv
Akademik İradə Hüseynovaya Rusiya Elmlər Akademiyasının xatirə medalı təqdim olunub
30.11.2021

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynovaya Rusiya Elmlər Akademiyasının (REA) xatirə medalı təqdim olunub.

Medalı akademik İ.Hüseynovaya Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda REA - prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə REA prezidenti, akademik Aleksandr Sergeyev təqdim edib.