AMEA Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri b.e.d. Dilzarə Ağayeva və əməkdaşları e.i. Tamilla Mailova, k.e.i. Elgün Mustafabəyli, böyük laborantlar Aygün Bağırova və Elnarə İsgəndərli nadir və patogen göbələk növlərinin monitorinqi məqsədilə Şəki rayonunda ekspedisiyada olublar. Rayonun mövsümə uyğun göbələk müxtəlifliyi araşdırılıb, Qırmızı Kitabın üçüncü nəşri üçün nəzərdə tutulan nadir makromiset növlərinin və patogen Cryphonectria parasitica göbələyinin populyasiyasının monitorinqi aparılıb. Nadir və təhlükə altında olan 11 göbələk növünün lokalitetləri dəqiqləşdirilib, təbii mühitdə vəziyyəti, təhlükələri, rast gəlmə tezliyi təhlil edilib, fotoşəkilləri çəkilib, digər vacib göstəriciləri qeyd edilib. Cryphonectria parasitica göbələyinin təbii populyasiyasından nümunələr uyğun protokola əsasən toplanılıb. Nümunələr mikoloji herbariyə depozit edilib, sonrakı tədqiqatlar laboratoriya şəraitində davam etdiriləcəkdir.