Arxiv
“Elm” qəzetinin 44 və 45-ci nömrələri çapdan çıxıb
10.12.2021

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 44 və 45-ci nömrələri işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərlə görüşü yer alıb.

Bundan əlavə, AMEA-da “Ümummilli Lider Heydər Əliyev: müstəqil dövlətçilik, müdriklik və müasirlik” mövzusunda keçirilən konfrans, “Heydər Əliyev epoxası: milli özünüdərkin intibah çağı”, “Qarabağa “Böyük Qayıdış”a elmi dəstək”, Elmin maliyyələşməsində ənənəvi və müasir yanaşma”, “Hidrogen energetikası, reallıqlar, problemlər və inkişaf perspektivləri”, “Kəlbəcərdə Xudavəng məbədində erməni saxtakarlığı” sərlövhəli məqalələr, AMEA-nın müxbir üzvü Nuru Bayramov və professor Səyyarə İbadullayeva ilə müsahibələr, nəşrlər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.