AMEA-nın Botanika İnstitutunun əməkdaşları Aydan Zeynalova və Aygün Bağırova COMSTECH, COMCEC və Orta Doğu Teknik Üniversitesi tərəfindən təşkil olunmuş “New Breeding Technologies for Food and Nutritional Security” adlı onlayn təlimdə iştirak ediblər.
Vebinar ərzaq və qida təhlükəsizliyi sahəsində istifadə olunan müasir nano- və biotexnologiya mühəndisliyinə həsr olunub. Vebinar çərçivəsində bitkilərin genomunun redaktəsində istifadə olunan vektorlar, gRNT dizaynı, buğdada klonlaşdırma, bioinformatika alətləri və s. haqqında geniş müzakirələr aparılıb.
Ümumilikdə iclasda Pakistan, Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Almaniya, Amerikadan 200-dən çox alim qatılıb. Vebinarın sonunda A.Zeynalova və A.Bağırova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.