Memoranduma əsasən İnstitutlar elmi-tədqiqat işlərinin və müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, mütəxəssislərdə müvafiq sahələrdə marağın yaradılması və beynəlxalq standartlara cavab verən laboratoriyalarda işləmək bacarıqlarının təkmilləşdirilməsi, institutların mütəxəssislərinin, eləcə də xarici tərəfdaşların təcrübəsindən yararlanaraq tələbələrin və gənc mütəxəssislərin bilik və bacarığının artırılması məqəsdilə seminarların təşkil edilməsi, mütəmadi olaraq informasiya mübadiləsinin aparılması, birgə elmi-praktiki simpoziumların, konfransların və digər tədbirlərin təşkili və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrini genişləndirəcəklər. Memorandumda nəzərdə tutulan fəaliyyətlərin koordinasiyası və icrasını təmin etmək məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsi tərəfindən Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin müdiri Nərmin Axundova, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu tərəfindən isə İnstitutun icraçı direktoru, Molekulyar genetika və genomika şöbəsinin müdiri, b.ü.f.d. Mehrac Abbasov əlaqələndirici şəxslər müəyyən edilmişlər.