Arxiv
Mikrobiologiya İnstitutunun əməkdaşları qazilərimizi ziyarət ediblər
27.12.2021

Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradovun  dəstəyi və sözügedən müəssisənin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə qurumun əməkdaşları tərəfindən 30-a yaxın Vətən müharibəsi qazisi və ailəsi ziyarət olunub.

Ziyarət zamanı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları təbrik edilərək onlara sovqatlar çatdırılıb.

Qazilər mütəmadi olaraq göstərilən diqqət və dəstəyə görə institut kollektivinə minnətdarlıqlarını bildiriblər.