Arxiv
AMEA Botanika İnstitutunda doktorluq minimum imtahanı keçirilib
28.12.2021

AMEA Botanika İnstitutunda 2417.01“Botanika” ixtisası üzrə fəlsəfə doktorluq minimum imtahanı keçirilib. İmtahanda komissiyasının sədri, İnstitutun baş direktoru, b.e.d, professor Səyyarə İbadullayeva, Təhsil şöbəsinin müdiri b.ü.f.d., dosent K.Əsədova, AMEA Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dosent  Tubuxanım Qasımzadə, doktorantlar və digər aidiyyəti şəxslər iştirak ediblər.

İmtahanda AMEA Botanika İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Pedaqoji Universitetindən  olan 3 nəfər doktorant iştirak edib. İddiaçılar imtahan suallarına  şifahi və yazılı olaraq  cavab verib, onların cavabı komissiya üzvləri tərəfindən əla və orta ballarla qiymətləndirilib.