Rusiya alimləri Sakit okean qırmızı yosunlarında İİV virusunun bir hissəsini məhv edən maddə aşkar ediblər.
Araşdırmanın nəticələri “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.
Yosunların tərkibində insanın immunçatışmazlığı virusunun hissəciklərinə bağlana bilən və onun immun hüceyrələrinə daxil olmasına mane ola bilən karagenan şəkərləri olduğu bildirilir.
Tədqiqatın müəlliflərindən biri, Rusiya Elmlər Akademiyasının (Vladivostok) Uzaq Şərq Bölməsinin Sakit Okean Bioorqanik Kimya İnstitutunun elmi işçisi İrina Ermak qeyd edib ki, şəkərlərin toksikliyi yoxdur. O, şəkərlərin aşağı konsentrasiyalarda, xüsusən də İİV-ə qarşı yüksək antiviral təsir göstərdiyini söyləyib. Maddə “Tichocarpus crinitus” növ yosunlarda olur.