Arxiv
“Elm” (“Nauka”) qəzetinin cari ildə sonuncu sayı çapdan çıxıb
30.12.2021

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə sonuncu, 48-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Şuşa şəhərinə səfəri yer alıb.

Bundan əlavə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Prezident çinarlığı”nda Şərq çinarı əkməsi, Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin akademik Ramiz Mehdiyevə ünvanladığı təbrik məktubu, AMEA Rəyasət Heyətinin iclası, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyətinin seçilməsi, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevlə müsahibə və s. məlumatlar oxuculara təqdim olunur.

Eyni zamanda qəzetdə “Görkəmli zooloq alim”, “Tətbiqi dilçilik sahəsində tanınmış alim”, “Azərbaycan Milli Elmlər Akademiyası 2021-ci ildə mühüm elmi nəticələr əldə edib”, “Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır”, “Təsviri sənətdə Nizami ili” sərlövhəli məqalələr və s. informasiyalarla tanış ola bilərsiniz.