Yanvarın 7-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının 2022-ci ildə ilk iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. İclasda AMEA Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli 17/1 nömrəli qərarı ilə təsdiq olunmuş 2021-2025-ci illər AMEA-da aparılacaq elmi tədqiqat işlərinin mövzu planına uyğun olaraq 2022-ci ildə İnstitutda yerinə yetiriləcək elmi tədqiqat işlərinin əhatəli planı geniş müzakirəsi aparılıb və yekdilliklə qəbul olunub. Bundan sonra İnstitutunun 2422.01 - “Biotexnologiya” ixtisası üzrə əyani doktorantı Günay Zəkiyevanın Turkiyə Respublikasının Antalya şəhərində yerləşən Akdeniz Universitetinə, Populyasiya genomiksi laboratoriyasının midiri, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin Turkiyə Respublikasının İstanbul Cərrahpaşa Universitetinə ezam edilməsi məsələsi və digər təşkilati məsələlər müzakirə edilib. Bununla da Elmi şuranın 01 saylı iclası öz işini yekunlaşdırıb.