Arxiv
Botanika İnstitutunda 2022-ci ildə aparılacaq elmi-tədqiqat işləri müzakirə olunub
13.01.2022

AMEA-nın Botanika İnstitutunun Elmi şurasının 2022-ci ildə ilk iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

İclasda AMEA Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “2021-2025-ci illər AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin mövzu planı”na uyğun olaraq 2022-ci ildə İnstitutda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin plan-proqram layihəsi müzakirə olunub.

İclasda AMEA-nın müxbir üzvü mərhum X.M.Qasımovun 80-illik yubileyinə həsr olunmuş respublika səviyyəli konfransın və b.e.d., dosent mərhum İ.M.Qurbanovanın 85 illik yubileyinin təşkil olunmasının məqsədəuyğunluğu qeyd olunub. Həmçinin İnstitutun fəlsəfə doktorluğu üzrə iddiaçıların dissertasiya mövzuları ilə əlaqədar ərizələri nəzərə alınıb. Sonda AMEA RH-nin Sərəncamına əsasən əməkdaşların attestasiyasının keçirilməsi, nizam-intizam qaydaları və digər təşkilati məsələlər barədə müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.