20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət edib.
Gənc alimlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.