AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “İnsan və heyvan fiziologiyası” və “Biokimya” ixtisasları üzrə fəlsəfə doktoru hazırlığı keçən dissertantların attestasiyası baş tutub.
Attestasiya İnstitutun icraçı direktoru f.-r.e.d., prof. Əhməd Hacıyevin sədrliyi altında keçib. İnstitutun 8 dissertantı Attestasiya Komissiyası qarşısında ötən il ərzində yerinə yetirdikləri araşdırmalar haqqında təqdimatla çıxış edib, sonra onların fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələri, konfranslarda iştirakı, nəşriyyat fəaliyyətləri müzakirə edilib.
Komissiya üzvləri hər bir dissertantın işinə aid tövsiyyələrini bildirdikdən sonra, onların növbəti tədris ilində hazırlıqlarını davam etdirmək haqqında qərar qəbul edilib.