Arxiv
AMEA Mərkəzi Nəbatat Bağı əməkdaşları Fəxri Fərmanla təltif olunub
27.01.2022

AMEA Mərkəzi Nəbatat Bağının baş meneceri Gilani İsmayılov, Oduncaqlı bitkilər laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elman İsgəndər, Oduncaqlı bitkilər laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Mehralıyev Fəxri Fərmanla təltif olunub.

Alimlər bu mükafata  AMEA Mərkəzi Nəbatat Bağında  aparılan abadlıq və quruculuq işlərindəki fəaliyyəti münasibətilə layiq görülüb.

Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.