Arxiv
Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
28.01.2022

AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. Şuranın sədri Aydan Zeynalova gündəlidkə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. Sədr elmi-ictimai fəaliyyətin genişləndirilməsi ilə bağlı 2022-ci il üzrə “Tədbirlər planı”nda nəzərdə tutulan tədbirlər, görüləcək işlər barədə şura üzvlərini məlumatlandırıb. Botanika İnstitutunda GAMŞ və Azad Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibətilə tədbir və tədbir çərçivəsində yüksək elmi-ictimai fəaliyyəti ilə seçilən gənclər arasında müsabiqənin keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Müsabiqəyə dair geniş müzakirələr aparılıb və yaranan suallar cavablandırılıb. Sonda A.Zeynalova müsabiqəyə namizədliyini təqdim edəcək gənclərin hansı kriteriyalar üzrə qiymətləndirilməsi barədə məlumat verib və onlara uğurlar arzulayıb.