Arxiv
AMEA Botanika İnstitutunda magistrantların attestasiyası keçirilib
04.02.2022

AMEA Botanika İnstitutunda “Botanika” və “Mikologiya” ixtisasları üzrə 2021-2022-ci tədris ilinin I semestrini bitirən I və II kurs magistrantların attestasiyası keçirilib. Attestasiya Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilib. Attestasiya Komissiyasının üzvləri İnstitutun icraçı direktoru b.e.d. Şakir Qasımov, b.e.d., professor Aydın Əsgərov, b.e.d. Dilzarə Ağayeva, b.e.d. Sevda Alverdiyeva və digərləri II kurs magistrantların dissertasiya işlərinin gedişatı ilə tanış olublar.

Tədbirdə magistrantların qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc
olunan məqalələrin sayı, elmi konfranslarda iştirakı, nəzəri və çöl tədqiqatlarına aid məsələlər müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirilib.