Arxiv
“Kartof bitkisində yayılmış xəstəlik və zərərvericilərin diaqnostikası” monoqrafiyasının təqdimatı olub
07.02.2022

“Kartof bitkisində yayılmış xəstəlik və zərərvericilərin diaqnostikası” monoqrafiyasının təqdimatı olub.
AR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Eldar Mustafayev, Mahir Mustafayev və Elmar Allahverdiyevin həmmüəllifi olduğu “Kartof bitkisində yayılmış xəstəlik və zərərvericilərin diaqnostikası” monoqrafiyası işıq üzü görüb.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi şurasnın qərarı əsasında tərtib olunan bu monaqrafiyanın elmi redaktoru Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, rəyçisi isə həmin institutun laboratoriya müdiri, b.e.d., dosent Könül Baxşəliyevadır.
Qeyd edək ki, Mikrobiologiya İnstitutu hazırda KTN-nin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə bir sıra sahələrdə praktiki layihələr həyata keçirir və gələcəkdə bu işlərin genişləndirməsi nəzərdə tutulur.