Arxiv
AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi işıq üzü görüb
07.02.2022

AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının VII nömrəsi çapdan çıxıb və vebsayta (www.plantfungalres.az) yerləşdirilib.

İngilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevadır. Jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə  çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdırmaq və bununla da beynəlxalq aləmdə aparılan tədqiqatlara töhfə verməkdir. Nəşrin bu sayında əksəriyyəti xarici ölkələrdən (İtaliya, Türkiyə, İran, Qazaxıstan) olan alimlərin məqalələri yer alıb. Beynəlxalq Obyektin Rəqəmsal İdentifikatoru (DOI) bütün məqalələr üçün təmin edilib.