Arxiv
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb
24.02.2022

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına səfərlərinə dair məlumat yer alıb.

Bundan əlavə, nəşrdə AMEA-nın Ümumi yığıncağı, “Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda keçirilən konfrans, Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının iclası, “Qırmızı kitab”ın III nəşrinin hazırlanması üzrə işçi qrupun görüşü, Şuşa şəhərinin arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyasına həsr olunan tədbir oxuculara təqdim edilir.

Vəsaitdə, həmçinin “Birinci vitse-prezidentlik institutu: Xanım Mehriban Əliyevanın siyasi-ictimai və humanitar fəaliyyət paradiqmaları”, “Akademik Arif Paşayev Azərbaycan elminə və milli aviasiyanın inkişafına dəyərli töhfələr verib”, “Ermənilər Xocalı soyqırımını nə üçün törətdilər?”, “Lütfi Zadənin qeyri-səlis məntiqi və fizikada qeyri-müəyyənliklər”, “Нужна ли реформация науки в Азербайджане?” sərlövhəli məqalələr, Gənclər üçün Prezident Mükafatı ilə təltif edilmiş AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Lalə Axundova ilə müsahibə, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.