Arxiv
Professor Səyyarə İbadullayevanın 65 illik yubileyi qeyd edilib
23.02.2022

Fevralın 22-də AMEA Botanika İnstitutunda institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, b.e.d. Şakir Qasımov S.İbadullayevanın elmi yaradıcılığı barədə danışıb, yubileyi münasibəti ilə təbrik edib.

İnstitutun elmi katibi b.ü.f.d. Xuraman Xəlilova institutun kollektivi adından yubilyara təbrik ünvanı təqdim edib.

Tədbirdə, həmçinin b.e.d., professor Aydin Əsgərov, b.e.d. Eldar Novruzov, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d Pərvanə Qaraxani, b.ü.f.d. Aygün Məmmədova və başqaları alimi təbrik edərək, ona uğurlar arzulayıblar.