Arxiv
AMEA-nın gənc alimləri “Ana harayı” abidəsini ziyarət ediblər
28.02.2022

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Gənc alimlər abidə önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsinə dərin ehtiramlarını bildiriblər.