Arxiv
Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib
05.03.2022

Bu gün AMEA Botanika İnstitutunda Həmkarlar Təşkilatının  təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri institutun icraçı direktoru, b.e.d., Şakir Qasımov açaraq, qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Cəmiyyətdə və ailədə qadınların rolundan danışan alim qeyd edib ki, son dövrlər elm sahəsində çalışan qadınların sayı kişilərə nisbətən çoxdur. Azərbaycan qadınlarının elmdə və digər sahələrdə qazandığı uğurlar onların mədəni və intellektual potensialından xəbər verir.

Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.e.d., professor Aydın Əsgərov qadın əməkdaşlarının elmi fəaliyyətlərindən bəhs edib. O, qeyd edib ki,  Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.

İnstitutun Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. Şəkər Muxtarova qadın həmkarları bu gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Sonda qadın əməkdaşlara hədiyyələr təqdim edilib.