AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.
Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şəriflə görüşü yer alıb.
Bundan əlavə, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın Yer Elmləri Bölməsinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşü, “Ədəbi-proses - 2020-2021” mövzusunda elmi-yaradıcılıq müşavirəsi, EaPEC 2022 beynəlxalq konfransına hazırlıqla bağlı onlayn müşavirə, Aşqarlar Kimyası İnstitutu ilə Bartın Universiteti arasında imzalanan əməkdaşlıq memorandumu oxuculara təqdim edilir.
Vəsaitdə, həmçinin “AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin əsas məqamları”, “Yalançı elm”, yaranma səbəbləri və onunla mübarizə yolları”, “Elektron və ya ənənəvi kitabxanalar. Oxucu hansını seçməlidir?!”, “Elmi fəaliyyətin vahid mərkəzdən idarə edilməsi dövrün tələbidir” sərlövhəli məqalələr, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.