Arxiv
Diabetin qeyri-invaziv müalicəsi istiqamətində inqilabi addım atılıb
08.04.2022

ABŞ-ın Yale Tibb Məktəbinin (YSM) də mütəxəssisləri daxil olmaqla beynəlxalq alimlər qrupu ultrasəsdən istifadə edərək II tip diabetin qeyri-invaziv müalicə üsulunun axtarışı istiqamətində inqilabi addım atıblar.

Aparılmış tədqiqatların nəticələri “Nature Biomedical Engineering” jurnalında dərc edilib.

Daimi qan testləri, insulin inyeksiyaları və dərman müalicəsi ilə diabetin idarə olunmasına son qoymağa yönəlmiş araşdırma 6 il davam edib.

Ultrasəsin qanda qlükoza səviyyəsinə təsiri preklinik sınaqlarda müsbət nəticələr göstərib.