Arxiv
“Elm” qəzetinin növbəti sayı çap olunub
11.04.2022

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın İctimai Elmlər Bölməsinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə növbəti görüşü, AMEA-nın Mikrobiologiya İnstitutunun yaradılmasının 50, akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə həsr edilən konfrans, AMEA-nın müxbir üzvü Vaqif Quliyevlə müsahibə və s. məlumatlar oxuculara təqdim edilir.

Vəsaitdə, həmçinin “Elm və sənət fədaisi”, “Fərid Ələkbərli - Keçmişdən gələn müasirimiz”, “Azərbaycan aliminin “Müqayisəli hüquqşünaslıq” kitabı ABŞ-da nəşr olundu” sərlövhəli məqalələr, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.