19 aprel 2022-ci il tarixində görkəmli alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siracəddin Vəli oğlu Sərkərov ömrünün 88-ci ilində dünyasını dəyişmişdir. Bu gün AMEA Botanika İnstitutunun kollektivi və çoxsaylı tələbələri onu dərin hüznlə son mənzilə yola saldılar. Ölkəmizdə və onun hüdudlarından kənarda tanınmış yüksək səviyyəli ziyalını itirmək tək İnstitutumuz üçün deyil, Azərbaycan elmi ictimaiyyəti üçün də böyük itkidir. İstedadlı alim, qayğıkeş pedaqoq və xeyirxah insan Siracəddin Sərkərovun xatirəsi hamımızın qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!