Arxiv
“Elm və həyat” elmi-populyar jurnalının cari ildə ilk sayı çap olunub
28.04.2022

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2022-ci ildə ilk sayı çapdan çıxıb.

Yeni sayda “Azərbaycan elminin dinamik inkişafının təmin edilməsinə hədəflənmiş görüşlər”, akademik Dilqəm Tağıyevin “Yalançı elm”, yaranma səbəbləri və onunla mübarizə yolları”, Ramin Əlizadənin “1918-ci il Mart Soyqırımı necə baş verdi”, Əlimuxtar Muxtarovun “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə”, Coşqun Məmmədovun “Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir”, Məmməd Sadıqov və Şahvələd Əliyevin “Qarabağ regionunda tarixi-mədəni abidələr və təsviri sənət”, Qafar Cəbiyevin “Basqal: I əsrdən XXI əsrə”, Fərhad Fərmanovun “Kərpiclitəpə orta əsr yaşayış yerinin həndəsi naxışlı keramikası”, Şamil Nəcəfovun “Qoşqarçay və Xeyrəçay hövzələrinin yeni tikinti sahələrində arxeoloji tədqiqatlar” sərlövhəli məqalələri yer alıb.

Bundan əlavə, Sadıx Nəbiyevin “Azərbaycanın ilk ali təhsilli geoloqları”, Gülnaz İsmayılova və Səbinə Həsənovanın “Abşeronda zeytun bitkisi”, eləcə də rus dilində Qaliya Əliyevanın “Трагедия Ходжалы как результат идеологии геноцида”, Nəzmin Cəfərovanın “Музеи, хранящие историческую память. Музей истории города Шуша”, Nəzmiyyə Yiğitoğlunun “Pеалии Зангезурского геноцида в соцреалистической литературе” və s. yazılar oxuculara təqdim olunur.