Arxiv
“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
04.05.2022

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-nın Ümumi yığıncağı, Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı, Milli Elmlər Akademiyasının elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatlar, AMEA-nın Rəyasət Heyətinin iclası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir, “Zərifə Əliyeva fenomeni”, “Elm və sənət fədaisi” sərlövhəli məqalələr, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.