Arxiv
Akademiyanın elmi nailiyyətlərinin sərgisi KİV-də geniş işıqlandırılıb
05.05.2022

Aprelin 27-dən etibarən AMEA-nın Əsas binasında təşkil olunan Akademiyanın elmi nailiyyətlərinin sərgisi ilə bağlı ölkənin aparıcı kütləvi informasiya vasitələrində silsilə video və fotoreportajlar yayımlanıb.

Belə ki, Azərbaycan Televiziyasıİctimai TV, ATV, Space TV-də efirə getmiş videosüjetlərdə, həmçinin AzərTacTrend və Report agentliklərində yayımlanmış fotoreportajlarda sərginin məqsədi və nümayiş olunan materiallar barədə ictimaiyyətə geniş məlumat verilib, eləcə də AMEA-nın əməkdaşları müsahibələrində əldə etdikləri nailiyyətlərdən danışıblar.

Qeyd edək ki, “Elm günü” münasibətilə təşkil olunmuş sərgi mayın 6-da başa çatacaq.