Arxiv
“Elm” qəzetinin növbəti sayı çap olunub
20.05.2022

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü yer alıb.

Bundan əlavə, akademik Arif Həşimovun AMEA-nın elmi bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşü, həmçinin akademik Arif Həşimovun Elektron Elm Mərkəzinin inşası ilə əlaqədar keçirdiyi səyyar müşavirə, AMEA-nın Rəyasət Heyətinin iclası, Akademiyada elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılmasına dair iclas, görkəmli salnaməçi alim Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar, “Həyatını elmə həsr etmiş alim”, “Elm və təhsilin inteqrasiyasına hədəflənən muzeylər və ya “Teknofest”dən elm və texnika profilli muzeylərə doğru” sərlövhəli məqalələr, nəşrlər, müsabiqə, elan və s. informasiyalarla tanış ola bilərsiniz.