Arxiv
Botanika İnstitutunun baş direktoru S.C. İbadullayeva Beynəlxalq Antalya Yörük və Türklük Araşdırmaları Elm və Sənət Qurultayında iştirak edib
23.05.2022

Antalya Böyükşəhər Bələdiyyəsi tərəfindən 6-8 may 2022-ci il tarixlərində keçirilən Beynəlxalq Antalya Yörük və Türklük Araşdırmaları Elm və Sənət Qurultayı keçirilmişdir. Qurultaya dəvət alan Türk Dünyasının 50-dən çox elm adamları ilə yanaşı AMEA Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva da dəvət edilmişdir.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan və digər Türk dövlətlərindən olan elm adamları maraqlı məruzələrlə çıxış etmişlər.

S.İbadullayeva tədbirə onlayn qatılaraq “Yabanı Bitkilərin İstifadəsinin Aktual Problemləri: Etnobotanika, Etnofarmakologiya və Baytarlıq Təbabəti” mövzusunda məruzə edib. Məruzə maraqla qarşılanıb. Sonda iştirakçılara sertifikat təqdim olunub.

Qeyd edək ki, məruzələrin kitab cildi şəklində çap olunmasını Antalya bələdiyyəsi öz üzərinə götürmüşdür.