Arxiv
Botanika İnstitutunun əməkdaşı beynəlxalq konqresdə iştirak edib
01.06.2022

AMEA Botanika İnstitutu Mikologiya şöbəsinin kiçik elmi işçisi, 3-cü kurs dissertant Aytac Əliməmmədova Türkiyənin Samsun şəhərində İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) tərəfindən təşkil olunan “İnnovativ Elmi Yanaşmalar” üzrə VII Beynəlxalq Konqresdə iştirak edib.

Konqresə dəqiq və humanitar elmlərin müxtəlif sahələrindən (dil, ədəbiyyat, tarix, din elmləri, iqdisadiyyat, hüquq, politologiya, təbiət elmləri, coğrafiya, təhsil elmləri, tarix, fəlsəfə, psixologiya, səhiyyə elmləri və s.) elmi tədqiqatlar təqdim edilmişdir. Tədbirdə dünyanın bir sıra ölkələrindən akademik, alim və elm adamları bir araya gələrək maraqlı məruzələrlə çıxış edib, aktual məsələ və problemləri ələ almaqla, onlara həll yolları təklif olunub, fikir və təcrübələr paylaşılıb.

A.Əliməmmədova tədbirə onlayn qoşularaq “Azərbaycanın Quba rayonunun makrogöbələkləri” mövzusunda ingilis dilində çıxış edib, verilən sualları cavablandırıb.